az
en
Bu gün: 14 Noyabr 2018
Muzeydə şagirdlərə kvest dərs keçilib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Musayeva Ləman tərəfindən kvest (quest-axtarıb tapma) dərs təşkil edilmişdir. Dərs Bakı Atatürk Liseyinin V sinif şagirdlərinə “Azərbaycan ibtidai icma quruluşunda” mövzusu ilə bağlı keçirilmişdir. 2 saat ərzində keçirilən dərsdə mövzu hər tərəfli izah edilib. Şagirdlərin müşahidə, diqqət, ümumiləşdirmə, təhlil, qruplarla iş, tədqiqatçılıq, dinləmə və s. qabiliyyətlərini formalaşdırmaqla vətən tarixini daha yaxından və dərindən tanımasına, sevməsinə imkan yaradılıb. Dərs şagird və valideynlərin məmnunluğu ilə yekunlaşaraq, gələcək qarşılıqlı iş fəalliyyəti üçün zəmin yaradıb.
Elanlar