az
en
Bu gün: 14 Noyabr 2018
Muzey əməkdaşı Mədəniyyət TV-də çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d., dosent Sevinc Vahabova Mədəniyyət TV-nin “Keçmişdən gələcəyə” adlı verilişində qonaq olmuşdur. Verilişdə 9 noyabr - Dövlət bayrağı günü ilə bağlı “Bayraqlar qürur mənbəyimizdir” mövzusunda çıxış etmişdir. Muzey əməkdaşı tarixi keçmişimizdən, xanlıqlar dövrünün bayraqlarından, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağından, muzeydə qorunan bayraqlardan söhbət açmışdır. Sonda muzeydə keçirilən tədbirlər və sərgilər haqqında da məlumat vermışdir.
Elanlar