az
en
Bu gün: 13 Dekabr 2018
Muzeydə “Mübarizin yolu” adlı tədbir keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeydə Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Mübarizin yolu” adlı tədbir keçirilib. “Qarabağ müharibəsi şəhidlərini tanıyaq” layihəsi çərçivəsində təşkil olunan layihə Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri açan Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov iştirakçıları salamlayıb, mövzunun əhəmiyyətindən danışıb. Daha sonra Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev çıxış edib. Şəhid Mübariz İbrahimovun gənclərə nümunə olacaq döyüş yolundan danışıb. Gənclər arasında vətənpərvərlik ruhunun aşılanması, qəhrəmanlarımızın təbliği məqsədinin əhəmiyyətini vurğulayıb. Sonda 95 saylı Ağdam köçkün məktəbinin 9-cu sinif şagirdi Nigar Osmanova “Mübariz” adlı şeiri və Səbail rayonu 7 nömrəli tam orta məktəbinin 7-8-ci sinif şagirdləri “Həyata örnək olanlar” bədii kompozisiyasını ifa ediblər.
Elanlar