az
en
Bu gün: 13 Dekabr 2018
Muzeyin etnoqrafik incisi – dərviş kəşkülü
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda maddi mədəniyyət nümunələri arasında, İslam dininin sufi təriqətlərinə mənsub dərvişlərə məxsus əşyalar da saxlanmaqdadır. Bunlar dərvişlərin istifadə etdiyi kəşküllərdir. Misdən, bürüncdən, hind qozundan düzəldilmiş bu əşyalar ustalar tərəfindən hazırlanırdı. Kəşküllərin üzərində Qurani-Kərimdən ayələr, hədislər, mənzum şerlər və 12 şiə imamlarının adı xüsusi incəliklə həkk olunurdu. Belə nümunələrdən Ef-523 inventar saylı kəşkül sənətkarlıq baxımından çox gözəl hazırlanmış bir əşyadır. Zəngin ornamentli və məzmunlu kitabəsilə təqdim olunan 523 saylı kəşkül sarı misdən hazırlanmışdır. Kəşkülün üst hissəsi nəbati və həndəsi naxışlı elemetlərlə bəzədilmiş və hər iki tərəfində səkkizguşəli medalyonda əlində quş tutmuş süvari təsviri verilmişdir. Təsvirin ətrafındakı haşiyələrdə nəstəliq xətlə nəqş olunmuş kitabədə - “Ürəyim qalmaqaldan qəmgin oldu, / Ey, xirqə (dərviş libası) xoşdur, xoşdur kəşkül, / Samur xəzi kətandan zara gəlmişdir, / Yenidən qələndərlik etməyə meyl edirəm, / Neçə sehrbazları yenə sürmələyərəm, / Qalx ki, ta ki, əlin kəşkülə yetsin.” şer parçası, eyni zamanda alt hissəsində, rombvari medalyon içərisində və eləcə də kənarlarda əyləncə məclisinin təsvirləri həkk olunub.
Elanlar