az
en
Bu gün: 14 Noyabr 2018
Muzeyin etnoqrafik incisi – keçə papaq
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda tarixi əhəmiyyəti olan kişi papağı qorunur. XIX əsrin sonu – XX əsrin əvvəlinə aid bu papaq noxud rəngli keçə parçadan tikilib. Üzəri bütöv qara rəngli ipək sapla doldurma, sadə tikmə ilə nəbati naxışlı medalyon və ərəb əlifbası ilə yazılmış yazılarla bəzədilib. Yazılarda Allah, Məhəmməd və Əli adları oxunur, onlara and içilir. Papaq hündür və dairəvi formadadır. Alındığında çox yeri dəlik və təmizlənməyə möhtac idi. Bu səbəbdən muzeyin Bərpa laboratoriyasının xalça üzrə bərpaçı-rəssamı Qənirə Məmmədova tərəfindən bərpaya cəlb edilib. Keçə papaq 1959-cu ildə Lənkəran rayonunda yaşayan Axundov Hüseynağadan alınıb.
Elanlar