az
en
Bu gün: 13 Dekabr 2018
Türkiyəli qonaq Muzeyi ziyarət edib
İstanbul Hərbi Muzeyinin sektor müdiri Sezgin Kaya Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edibdir. Qonaq muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüb. Muzeyin direktoru, akademik N.Vəlixanlı muzeyin tarixi haqqında məlumat verib. Həmçinin, muzeyin elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirdiyini bildirib. Nailə xanım Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə muzeyin əsaslı təmir olunduğunu da nəzərə çatdırıb. Türkiyəli qonaqla muzeydə qorunan eksponatların, xüsusən XVIII-XIX əsrlərə aid bayraqların bərpası və iki muzey arasındakı gələcək əməkdaşlıq məsələləri də müzakirə edilib. Türkiyəli mütəxəssis ziyarətdən məmnun qaldığını bildirib. Sonda Sezgin Kayaya muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edilib.
Elanlar