az
en
Bu gün: 14 Noyabr 2018
Muzey əməkdaşının həmmüəllifliyi ilə kitab nəşr olunmuşdur
“Azerbaijani Multiculturalism” (Bakı, 2018, ingilis dilində) dərsliyi çap olunmuşdur. O, dərsliyin “Azərbaycan multikulturalizminin publisistik qaynaqları” yarımfəslinin müəllifidir. Dərsliyin həmmüəlliflərindən biri Muzeyin əməkdaşı, t.ü.f.d. Əli Fərhadovdur. Dərsliyin elmi redaktorları isə akademik Kamal Abdulla və professor Etibar Nəcəfovdur. Qeyd edək ki, giriş, üç bölmə və yeddi fəsildən ibarət olan dərslik Azərbaycanın və xarici ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr, magistrlər və doktorantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub. Dərslik tanınmış yerli və xarici alimlərin birgə səyi ilə hazırlanıb. Muzey kollektivi adından Ə.Fərhadovu təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzu edirik.
Elanlar