az
en
Bu gün: 17 Dekabr 2018
Muzey əməkdaşı təltif edilmişdir
8 - 9 noyabr 2018-ci il tarixində Azərbaycan Xalça Muzeyində “BakıFilEkspo” V Milli Filateliya sərgisi keçirilmişdir. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d., prof. Əli Rəcəbli “Qafqaz sikkələri” (Bakı: Elm, 2016, 337 s. – 3 dildə) və “Sikkə və dövlətçilik” (Bakı: AFPoliqrafAF, 2017, 182 s. – 2 dildə) adlı kitablarına görə xatirə qızıl medalı ilə təltif edilmişdir. Həmçinin, diploma layiq görülmüşdür. Prof. Ə.Rəcəblini təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.
Elanlar