az
en
Bu gün: 10 Dekabr 2018
Akademik Nailə Vəlixanlı İpəkyolu Beynəlxalq Muzeylər Alyansının (İBMA) vitse-prezidenti seçilib
Çinin Fuçjou şəhərində Beynəlxalq Konfrans və Sərgi Mərkəzində İpəkyolu Beynəlxalq Muzeylər Alyansı (İBMA)-nın konqresi keçirilib. Tədbirdə Çin və dünya muzeylərinin nümayəndələri iştirak ediblər. İpək Yolu üzərində olan ölkələrdən - Azərbaycan, Qazaxıstan, Kombociya, İzrail, Laos, Monqolustan, Belorusiya, Serbiya və b. milli muzeylərinin rəhbər və nümayəndələri dəvət olunublar. Azərbaycanı təmsil edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbirdə iştirak edib. İBMA və ölkələrin milli muzeyləri arasında memorandum imzalanıb və Nizamnamə qəbul olunub. 2019-cu ildə Pekində birgə səyyar sərginin keçirilməsi haqqında qərar qəbul edilib. Tədbirdə muzeylər arasında beynəlxalq əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması haqqında müzakirələr olub. Sonra İBMA təşkilatının Prezident və vitse-prezidentləri yerlərinə nümayəndələr seçilib. 9 vitse-prezidentdən, 5 nəfəri çinli və 4 nəfəri digər dövlətlərdən seçilib. Seçilən vitse-prezidentlərdən biri Azərbaycandan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı olub. İpəkyolu Beynəlxalq Muzeyləri Alyansı təşkilatına qəbul olunmuş dövlətlərin milli muzeyləri arasında Milli Azərbaycan Tarixi Muzeyi böyük uğurlara imza atıb. Bu muzeyin beynəlxalq əlaqələrinin genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Tarixçi alim, akademik N.Vəlixanlını vitse-prezident seçilməsi münasibətilə təbrik edir, ona uğurlar arzulayırıq.
Elanlar