az
en
Bu gün: 10 Dekabr 2018
Muzeydə Mülki Müdafiə Qərargahının tədbiri keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Mülki müdafiə qərargahının tədbiri təşkil olunub. Mülki müdafiə qərargah rəisi Samit Mədətov çıxış edərək, tədbirin mahiyyəti haqqında məlumat verib. O, fövqəladə hallarda mülki müdafiənin rolu və vəzifələrindən danışıb. Əməkdaşlara muzeydə baş verən fövqəladə hadisələr zamanı təhlükəsizlik qaydaları və necə davranmaları barədə məlumat verib. Sonra Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən hazırlanmış video-çarx nümayiş etdirilib. Video-çarxda təbii fəlakətlər, dəm qazı təhlükəsi, yanğın və zəlzələ, ilan və əqrəb sancması, torpaq sürüşməsi kimi fövqəladə hallarda təhlükəsizlik qaydalarına riayət və qorunma qaydalarından bəhs olunub. İlkin həkimə qədər tibbi yardım metodları və odsöndürücü balonlardan istifadə qaydaları izah edilib. Təhlükə anında FHN-nin “112” qaynar xəttinə müraciət edilməsi tövsiyə edilib. Tədbir və video-çarx iştirakçılar tərəfindən maraqla qarşılanıb. Verilən suallar Mülki müdafiə qərargah rəisi Samit Mədətov tərəfindən ətraflı cavablandırılıb.
Elanlar