az
en
Bu gün: 10 Dekabr 2018
Muzeyin etnoqrafik incisi - “Qarabağ” kəməri bərpa olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda XIX-XX əsrin əvvəllərinə aid qadınlara məxsus gümüş “Qarabağ” kəməri mühafizə olunur. Üzəri nəfis nəbati naxışlı cızma və qarasavad texnikasında işlənən bu kəmər növü Qarabağda və İrəvanda istifadə edilmişdir. Ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyasının bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən bərpa edilmiş, təmizlənmiş və fonda təhvil verilmişdir. Kəmər XIX-XX əsrin əvvəlləri Azərbaycan etnoqrafiyasının tədqiqi baxımından mühüm əhəmiyyətə malikdir.
Elanlar