az
en
Bu gün: 10 Dekabr 2018
Muzeydə Elmi Şuranın növbəti iclası keçirilib
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının növbəti iclası keçirilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının sədrliyi ilə keçən iclasda şöbələrin illik hesabatları dinlənilib, bəzi elmi və kadr məsələlərinə baxılıb. Iclasda elmi işçilərin əsərlərinin impakt faktorlu jurnallarda çap olunması ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, elmi işçilər elmi fəaliyyətlərini daha da genişləndirməli, muzeyin beynəlxalq imicinin formalaşması və təbliği istiqamətində işlər daha da təkmilləşdirilməlidir. İclasda, həmçinin cari ildə muzeyi ziyarət edən qonaqların keçən illə müqayisədə daha çox olduğu qeyd edilib. Muzeydə keçirilən beynəlxalq səyyar sərgilər, muzeyi ziyarət edən xarici dövlətlərin səlahiyyətli nümayəndələri ilə görüşlər muzeyin beynəlxalq əlaqələrinin genişlənməsinin bariz nümunəsidir. İclasda Pezident İlham Əliyevin və AMEA-nın sərəncamları ilə bağlı görülən işlər də diqqətə çatdırılıb. Qeyd edilib ki, muzey cari ildə mütəmadi olaraq elmi-kütləvi, maarfləndirici tədbirlər həyata keçirib. Sonda bəzi təşkilati işlərə baxılıb və nizam-intizam məsələləri müzakirə olunub.
Elanlar