az
en
Bu gün: 10 Dekabr 2018
Muzey əməkdaşının tərtib etdiyi kitab nəşr olunub
“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” adlı kitab (Bakı, 2018, 136 s.) nəşr olunub. Kitabı tərtib edən, ön sözün, qeyd və şərhlərin müəllifi Muzeyin Elmi katibi, t.ü.f.d., dos. Fərhad Cabbarovdur. Kitabda M.Rəsulzadənin azərbaycanlı mühacir Süleyman Təkinərə Türkiyədə yaşadığı dövrdə yazdığı məktublar toplanıb. Azərbaycan mühacirəti tarixinin öyrənilməsi üçün qiymətli mənbə rolunu oynayan bu məktublar 1950-1955-ci illəri əhatə edir. Kitabda həmçinin M.Rəsulzadənin və S.Təkinərin ayrı-ayrı illərə aid çıxışları, məqalələri, fotoşəkilləri təqdim olunub. Qeyd edək ki, M.Rəsulzadənin yazdığı məktublar Milli Azərbaycan Tarixi Muzeyinə S.Təkinərin varislərinin razılığı ilə hədiyyə edilmişdir. Bu addım Cümhuriyyət və mühacirət tariximizə aid müxtəlif materialların Muzeyimizə hədiyyə edilib qorunması, nümayiş olunması və tədqiqi baxımından örnək bir addımdır. Muzey kollektivi adından t.ü.f.d., dos. F.Cabbarovu bu kitab münasibətilə təbrik edir, gələcək elmi fəaliyyətində uğurlar diləyirik.
Elanlar