az
en
Bu gün: 10 Dekabr 2018
Muzey əməkdaşının admiral Cəlil Cavadov haqqında kitabı çap olunub
Azərbaycanın görkəmli hərbi və dövlət xadimi, kontr-admiral Cəlil Məmmədəli oğlu Cavadova (1918-1980) həsr olunmuş kitab "Admiral Cavadov : həyatı və döyüş yolu" (Bakı, 2018, 212səh.) işıq üzü görmüşdür. Kitabın müəllifi Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov, elmi redaktoru Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, hərbi məsləhətçi t.e.d., ehtiyatda olan 1 dərəcəli kapitan Nurulla Əliyevdir. Kitab Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatı tərəfindən dərc edilmişdir. C.Cavadov II Dünya müharibəsində fəal iştirak etmiş, kontr-admiral rütbəsinə layiq görülmüş, müharibədən sonrakı dövrdə hərbi-vətənpərvərlik işinin təşkilində mühüm xidmətlər görmüşdür. Kitab Azərbaycan və Rusiya arxivləri, muzeylər, fərdi kolleksiyalarda olan tarixi materiallar əsasında yazılmışdır. Əsərdə təqdim edilən materialların böyük əksəriyyəti ilk dəfədir ki, nəşr edilib. Kitabda çoxsaylı tarixi fotoşəkillər, arxiv sənədlərinin surətləri təqdim edilmişdir. Kitab Azərbaycan və rus dillərində nəşr olunmuş, həm elmi ictimaiyyət, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Hərbi vətənpərvərlik tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.
Elanlar