az
en
Bu gün: 10 Dekabr 2018
Muzeyin etnoqrafik incisi bərpa olunub
Muzeyin Etnoqrafiya fondunda XIX əsrə aid dəvə çulu mühafizə olunur. Şirvan bölgəsinə məxsusdur. Yundan toxunmuş çulun orta hissəsi enli və ensiz zolaqlardan ibarət palaz, hər iki baş tərəfi isə qayıq və zili toxunuşludur. Ölçüsü: 259x175 sm.-dir. Dəvə çulu bərpaya möhtac olduğundan xalça üzrə bərpaçı-rəssam Qənirə Məmmədova tərəfindən sökükləri bərpa edilmiş və fonda təhvil verilmişdir. Bərpa olunan dəvə çulu dövrün Azərbaycan etnoqrafiyasını öyrənmək baxımından əhəmiyyətlidir.
Elanlar