az
en
Bu gün: 10 Dekabr 2018
Muzeydə illik hesabat yığıncağı keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Elmi Şuranın növbəti iclası keçirilib. İclasda tarixçi-etnoqraf alim, Əməkdar Elm Xadimi, “Şərəf” ordenli akademik Teymur Bünyadov, tarixçi-alim, t.ü.f.d. dos. Firdovsiyyə Əhmədova və Şura üzvləri iştirak ediblər. Elmi Şuranın sədri, muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış sözü ilə iclası açdı. Nailə xanım Milli Azərbaycan Tarixi Muzeyində 2018-ci ildə görülən elmi-tədqiqat, maarifləndirici və elmi-kütləvi işlərdən ətraflı məlumat verib. Bildirilib ki, bu il muzey 13 adda kitab nəşr etdirib. Bunların arasında muzeyin kolleksiyasından ibarət kataloqlar, toplu, monoqrafiya yer alıb. Muzeydə həmçinin tarix, muzeyşünaslıq, arxeologiya, etnoqrafiya sahələri üzrə kadr hazırlığı, görülən elmi-tədqiqat işlərindən də danışılıb. Cari ildə muzeydə 2 nəfər fəlsəfə doktoru hazırlığı üzrə müdafiə edib və 12 nəfər dosent adına layiq görülüb. Sonda AMEA-nın verdiyi qərara əsasən elmi məqalələrin çapa hazırlanmasına qoyulan yeni tələblər və şərtlər müzakirə olunub.
Elanlar