az
en
Bu gün: 17 Yanvar 2019
Muzeyə etnoqrafik inci – küləcə təqdim olunub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fonduna daha bir Azərbaycan milli qadın geyimi – ipək parçadan tikilmiş küləcə daxil olmuşdur. Bu geyim XIX əsrin sonlarına aid olub, bakılı ailəsindən əldə edilmişdir. Geyimin kənarı boyunca 2sm.-lik nazik tirmə bafta və “su” tikişləriylə “islimi”, “güllü buta” naxışları salınaraq, sağ ətəyinin ön hissəsində əski əlifba ilə “Sifarişi Mümtaz 1122” sözləri toxunmuşdur. Geyim, Azərbaycan tikmə sənətini və milli geyim tərzimizi öyrənmək baxımından dəyərli nümunədir.
Elanlar