az
en
Bu gün: 17 İyun 2019
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür!
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir və Azərbaycan Respublikasında dövlət bayramıdır. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Muzey əməkdaşlarını da təbrik edir, uğurlar arzulayırıq!
Elanlar