az
en
Bu gün: 17 Yanvar 2019
Muzey əməkdaşının rəhbərliyi ilə tələbələr Mehdi Hüseynzadəyə həsr olunmuş təqdimatlar hazırladılar
“Xəzər Universiteti”nin İqtisadiyyat və menecment fakultəsinin I kurs tələbələri II Dünya müharibəsi dövründə Avropada antifaşist hərəkatının məşhur azərbaycanlı döyüşçüsü, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunmuş təqdimatlar ediblər. Mehdi Hüseynzadənin uşaqlıq və tələbəlik illəri, təhsili və Sovet Ordusunda xidməti, Avropada antifaşist hərəkatında iştirakı, döyüş meydanında qəhrəmanlıqları, xatirəsinin əbədiləşdirilməsi ilə bağlı prezentasiyaların tərtib edilməsini Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov təklif etmişdir. Tələbələr Azərbaycanın qəhrəman oğlu ilə bağlı müxtəlif səpkili prezentasiyalar təqdim ediblər. Prezentasiyanı təqdim edən hər tələbə ümumi məqamlarla bərabər, bəzi işlərin görülməsini xüsusi vurğulayıb. Nərminə Rəsulova Mehdi Hüseynzadənin uşaqlıq və tələbəlik illəri barədə məlumat verib. Aytən İsayeva və Fatimə Vəlizadə birgə hazırladıqları təqdimatda məşhur partizanın qəhrəmanlıqları haqqında danışıb, onun döyüşdüyü yerlərin müasir fotolarını da təqdim ediblər. Gülnar Qasımlı qəhrəmanın xatirəsinin necə əbədiləşdirilməsi, onun şərəfinə ucaldılmış abidələr, keçirilmiş tədbirlər, çəkilmiş filmlər haqqında məlumat verib. Təqdimatlar maraqla qarşılanıb.
Elanlar