az
en
Bu gün: 20 Fevral 2019
Muzeyin Zaqatala dəfinəsi
2015-ci ildə Zaqatala rayonunun Muxax kəndində təsadüfən tapılmış dəfinənin bir hissəsi (64 sikkə) 15 dekabr 2016-cı il tarixli 102 saylı aktla muzeyin Numizmatika Fonduna təhvil verilmişdir. Təsadüfi tapıntı olan bu dəfinənin təyinatı nəticəsində tərkibində müəyyən sikkələrin Səlcuqi hökmdarlarından – Alp Arslan (1063 - 1072) və Məlikşahın (1072 - 1092), çoxsaylı sikkələrin isə şirvanşah-Kəsranilər – Əli ibn Yəzid (1033 - 1043), Salar ibn Yəzid (1049 - 1063), I Fəriburz ibn Salar (1063 - 1096) adından zərb edilmiş gümüş və bilon dirhəmlərdən ibarət olduğu müəyyən edilmişdir. Dəfinə “gümüş böhranı” dövründə Azərbaycanda sikkə zərbi və pul təsərrüfatını açıqlayan mühüm vasitədir.
Elanlar