az
en
Bu gün: 20 Fevral 2019
Muzeyin Nadir kitablar fondunda Rusiya-Türkiyə müharibəsindən bəhs edən tarixi əsər qorunur
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Nadir kitablar fondu”nda Rusiya-Türkiyə müharibəsi və həmin dövrün hərbi əməliyyatlarından məlumat verən kitablardan ən qədimi müəllifi Nikolay İvanoviç Uşakov olan “История военных действий в Азиатской Турции в 1828 и 1829 годах” adlanır. “Nadir fond”da əsərin II hissəsi mühafizə olunur. Kitab 1843-cü ildə Varşava şəhərində nəşr olunub və 303 səhifədir. Əsər 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsinə aiddir. Kitabda istila olunmuş torpaqlardan əhalinin Cənubi Qafqaza köçürülmə hadisəsi də qeyd olunub. Həmçinin, kitaba 19 plan (xəritə), o cümlədən: Qars qalası, Milidüz meşəliyi, Qayınlı, Xart, Çaboriya kəndləri və Bayburd şəhərinin yaxınlığında baş vermiş döyüşlərin planları; Axalkalaki qalası və Ərzurum şəhərinin tutulması planları; Bəyazid şəhəri və Gümrü istehkamının möhkəmləndirilməsi planları, Axalsıx qalasının mühasirəsi planı və s. əlavə olunmuşdur.
Elanlar