az
en
Bu gün: 22 Iyul 2019
Muzeyin gümüş kəmər eksponatı bərpa edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda XX əsrin ortasına və Qarabağ bölgəsinə aid gümüş qadın kəməri qorunur. Kəmər dəridən qayışa keçirilmiş iki toqqa və on bir fiqurlu detaldan ibarərdir. Bütöv səthi qarasavad üsulu ilə nəbati təsvirlərlə örtülüb. Gümüş hissəciklərinin üzəri paxır atb, qayış hissəsi quruduğundan Muzeyin Bərpa laboratoriyasına verilib. Muzeyin bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən bərpa edilib. Kəmərin dərisi dəyişdirilib, suni dəri təbii dəri ilə əvəz olunub. Gümüş hissələr paxırdan təmizlənib, korroziyaya məruz qalmaması üçün kimyəvi örtüklə örtülüb. Bərpa edilən gümüş kəmər yenidən Xüsusi fonda təhvil verilib. XX əsr Azərbaycan etnoqrafiyasının tədqiqi və təbliği üçün bu gümüş kəmər böyük əhəmiyyətə malikdir.
Elanlar