az
en
Bu gün: 20 Fevral 2019
Muzeyin kitabxanası tarixi kitablarla zənginləşir
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi, t.ü.f.d. Əli Fərhadovun “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” monoqrafiyası (Bakı, 2017) Muzeyin kitabxanasına hədiyyə edilib. Monoqrafiya Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunub, elmi redaktoru, t.e.d. İradə Bağırovadır. Nəşrdə Azərbaycanın mütərəqqi din xadimlərinin, ziyalılarının fəaliyyət və yaradıcılığında islam maarifçiliyi mövzusu araşdırılıb. Mövzu dövrün mətbuatı, ruhanilərin əsərləri, o cümlədən Bakı qazısı, Quranın Azərbaycan dilinə ilk tərcüməçisi və şərhçisi Mirməhəmmədkərim əl-Bakuvinin “Kəşfül-həqayiq” əsəri (Tiflis, 1904-1906) əsasında ətraflı tədqiq edilib.
Elanlar