az
en
Bu gün: 25 Aprel 2019
Muzeyə kitablar hədiyyə edilib
Milli Azərbaycan Tarixi Muzeyinin Bakıətrafı qəsəbələrdə ölkəmizin milli-mədəni sərvətlərin toplanması, qorunması və gələcək nəslə ötürülməsi mövzusunda keçirdiyi maarifləndirici “Muzeyə eksponat hədiyyə et, özün haqqında xatirə saxla” layihəsi çərçivəsində Muzeyin kitabxanasına kitablar hədiyyə edilib. Azərbaycan kinoşünası, əməkdar mədəniyyət işçisi və əməkdar incəsənət xadimi A.Kazımzadə “Azərbaycan Kinematoqrafçıları (5 buraxılış)”, “Kinokamera gəzdirən adam”, “Üzeyir Hacıbəyov və kino” adlı nəşrləri, həmçinin, tanınmış jurnalist-muğamşünas Vaqif Əliyevin “Maştağanın muğam dünyası”, "Musiqi poetik mənbələrdə" kitabları Muzeyin kitabxanasına hədiyyə edilib.
Elanlar