az
en
Bu gün: 23 May 2019
Muzey əməkdaşı təlimdə iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri E.Dadaşov 27 fevral – 1 mart 2018-ci il tarixlərində Gürcüstan Muzeylərinin Assosiasiyası (GMA), Avropa Muzey Təşkilatlarının Şəbəkəsi (NEMO, Almaniya), Mədəni İdarəetmə Akademiyasının (ACM, Niderland) birgə təşkilatçılığı ilə keçirilmiş “BE MUSEUMER” layihəsi çərçivəsində “Muzey təhsili” mövzusunda beynəlxalq təlimdə iştirak edib. Cənubi Qafqaz regionunda muzey işinin inkişafına yönəldilmiş “BE MUSEUMER” layihəsi XXI əsrin muzey çağırışlarına cavab olaraq beynəlxalq təlim iştirakçılarının liderlik və idarəetmə bacarıqlarının inkişafına istiqamətlənib. İştirakçılara muzey təhsilinin Avropa perspektivləri, qeyri-formal təhsil funksiyaları və ictimaiyyətin təhsil sisteminə cəlb edilməsi haqqında ətraflı məlumat verilib. Təlimin sonunda xüsusi layihə üzərində çalışmış iştirakçıların hər biri onun təqdimatını keçiriblər. Seminar-təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.
Elanlar