az
en
Bu gün: 23 May 2019
Muzeydə təcrübə keçən tələbələr üçün növbəti mühazirələr keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinində təcrübədə olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakultəsinin II kurs tələbələri ilə növbəti mühazirələr keçilib. Muzeyin əməkdaşları – İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Babayeva, Təsviri materiallar fondunun müdiri Rasim Sultanov və Köməkçi materiallar fondunun əməkdaşı Mehriban Mehdiyeva tələbələrə mühazirələr oxuyublar, muzey eksponatları və fond materialları əsasında çıxış ediblər. Tələbələr nəzəri və təcrübi təhlil əsasında aparılan mühazirələri bəyəniblər. Qeyd ediblər ki, bu cür muhazirələrin olması onların bilgilərinin əhatəli olmasında, yeni araşdırmalara can atmalarında vacib şərtlərdəndir. Tələbələrin sualları mühazirəçilər tərəfindən ətraflı cavablandırılıb.
Elanlar