az
en
Bu gün: 23 May 2019
Amerikalı qonaqlar muzeydə olub
2019-cu il 14-16 mart tarixlərində Bakı şəhərində "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumu keçiriləcək. Forumun işində bir çox dövlətlərin ictimai və siyasi xadimləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Forum çərçivəsində Azərbaycana gələn amerikalı ictimai xadim, heykəltəraş xanım Vendi Fişer və onu müşayiət edən şəxslər Milli Azərbaycan Tarixi Muzeyində olublar. Muzeyin ekspozisiyasını gəzən qonaqlara bələdçi tərəfindən Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid ətraflı məlumat verilib, sualları cavablandırılıb. Qonaqlar tariximiz haqqında müfəssəl məlumat aldıqlarından məmnun olduqlarını bildirib və muzeyə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Elanlar