az
en
Bu gün: 19 Oktyabr 2019
YAP Səbail rayonu “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının növbəti iclası keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində YAP Səbail rayonu “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan təşkilatın sədri Pərvanə Əzimova gündəliyə daxil olan məsələlər, mövcud problemlər və gələcək planlar barədə iştirakçıları məlumatlandırıb. Müzakirədə iştirak edən təşkilat üzvləri - Muzey əməkdaşları olan t.ü.f.d. Nasir Quluzadə, t.ü.f.d. Tural Şiriyev, t.ü.f.d. Aygün Məmmədova, fond müdiri Aida İsmayılova və elmi işçi Ayəndə Dadaşova fikir və təkliflərini bildiriblər. İclasın yekununda təşkilata yeni üzv qəbul edilən Muzey əməkdaşları - Gülnar Fərhadovaya, Vüqar Xudaverdiyevə və İlham Əliyevə üzvlük vəsiqələri təqdim edilib.
Elanlar