az
en
Bu gün: 23 May 2019
Muzeyin eksponatları Rusiyada sərgilənəcək
Rusiyanın Belqorod vilayətinin Proxorovka qəsəbəsində Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə “Böyük Qələbə silahı uğrunda döyüş” muzeyi yaradılıb. Keçmiş Sovet respublikalarının bu qələbəyə verdikləri töhfələr də bu muzeydə nümayiş olunacaq. Bu çərçivədə Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan II Dünya Müharibəsinə aid eksponat və materialların, müharibədə azərbaycanlıların iştirakına həsr olunmuş monoqrafiya, kitab və s. maddi sübutların da Belqoroddakı muzeydə sərgilənməsi nəzərdə tutulur.
Elanlar