az
en
Bu gün: 25 Mart 2019
Muzey əməkdaşı kitab təqdimatında iştirak edib
Xəzər rayonu Buzovna qəsəbə Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, əmək veteranı, şairə Gülarə Munisin 22-ci kitabı olan, Qarabağ şəhidinə həsr olunmuş “Emin, sən ölməmisən” (Bakı, 2019) kitabının təqdimatı olub. Təqdimatda Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi, dos. Nardanə Yusifova da iştirak edib və özünün “Bakıətrafı qəsəbələrdə ölkəmizin milli-mədəni sərvətlərinin toplanması, qorunması və gələcək nəsillərə ötürülməsi” layihəsi çərçivəsində çıxış edib. Qeyd edib ki, nəinki şəhidlərin və eləcə də görkəmli elm, incəsənər xadimlərinin və digər tanınmış şəxslərin şəxsi əşyalarının Muzeydə qorunub saxlanılması daha təhlükəsizdir. Həm də gələcək tədqiqatçıların istifadə edə biləcəyi bir mənbədir. Bu da Muzey işçilərinin həmin insanların yaradıcılığına, əməyinə verdiyi milli dəyərdir. Dos. Nardanə Yusifova belə tədbirlərin digər kənd və qəsəbələrdə də keçiriləcəyini vurğulayıb.
Elanlar