az
en
Bu gün: 23 May 2019
“Muzeylərimizi tanıyaq və tanıtdıraq“ layihəsi üzrə iş davam edir
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları daim muzey işinin təbliği ilə məşğul olurlar. Belə ki, 12.03.2019 cu il tarixində Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərova rəhbərlik etdiyi “ Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun üzvlərinin “Laçın Rayonu Tarix –Diyarşünaslıq Muzeyi”nə eskskursiyasını təşkil etmişdir. Qeyd edək ki, , Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1980-ci ildə yaradılmışdır. İşğaldan qabaq muzeydə 10 minə yaxın eksponat nümayiş etdirilirdi. 18 may 1992-ci il tarixdə Laçın rayonu erməni hərbi birləşmələri tərəfindən işğal edildikdən sonra Tarix-Diyarşünaslıq Muzeyi öz fəaliyyətini Bakı şəhəri, Nərimanov rayonu, Akademik Əhməd Rəcəbli küçəsi,5 “B” ünvanında Əliş Quliyev adına 2 nömrəli Bakı Peşə Məktəbinin tədris korpusunun 2-ci mərtəbəsində ayrılmış sinif otağında bərpa etmişdir. Əsasən toplama işi ilə məşğul olan muzey əməkdaşları, muzeyin fonduna əksəriyyəti XIX əsrə aid olan, xüsusilə bölgənin tarixini özündə əks etdirən 1200 dən artıq əşya toplamışlar. “Muzeylərimizi tanıyaq və tanıtdıraq“ devizi altında bir çox muzeylərdə olan gənc muzeyşünaslar burada tamamıilə fərqli muzey mənzərəsi ilə rastlaşmışdılar. Gördükləri mənzərə gənc muzeyşünaslar da təssüf doğursada onları maraqlandıran suallar muzey əməkdaşları tərəfindən ətraflı şəkildə cavablandırılmışdır. Nəzərinizə çatdıraq ki,“Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun proqramına işğal edilmiş digər rayonların da Bakıda müvəqqəti fəaliyyət göstərən muzeylərinə belə ekskursiyaların davamlı təşkili daxil edilmişdir.
Elanlar