az
en
Bu gün: 19 İyun 2019
Muzeydə təcrübəçi tələbələrə mühazirə keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində təcrübədə olan Bakı Dövlət Universitetin Tarix fakültəsinin IV kurs tələbələri üçün mühazirə keçirilib. Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov “Muzey işi və ekspozisiyası” mövzusunda tələbələrə mühazirə oxuyub. Muzey ekspozisiyası vasitəsi ilə aparılan mühazirədə tələbələrə mövzu ilə bağlı geniş məlumatlar verilib. Sual-cavab şəklində keçirilən mühazirə tələbələrin böyük marağına səbəb olub.
Elanlar