az
en
Bu gün: 25 Aprel 2019
Muzey əməkdaşının məruzəsi nəşr olunub
2018-ci il, 19-21 sentyabr tarixlərində Bakıda keçirilən “Beynəlxalq Ənənəvi türk məzar daşları” simpoziumunun materialları nəşr olunub. Beynəlxalq simpozium AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Xəzər Universiteti, Türk Tarix Qurumu və Ərciyəs Universiteti tərəfindən təşkil olunmuşdu. Muzeyin direktor müavini – ekspozisiya müdiri, t.ü.f.d., dos. Həbibə Əliyevanın da məruzəsi topluda yer alır. “Uluslararası Geleneksel türk mezar taşları” başlıqlı topluda (Xəzər Universiteti nəşr., 2018, 536 səh. 113-135 səh.) Muzey əməkdaşının “Azərbaycandakı tarixi məzar daşlarının epiqrafik kitabələri və mövcud durumu haqqında” adlı türkcə məruzəsi var. Tarixi Azərbaycan coğrafiyasında mövcud olan ərəb qrafikası ilə yazılmış məzar daşları haqqında geniş məlumat verilib, fotoşəkilləri təqdim edilib. Məruzə İrəvan və Qarabağda da türk tayfalarının qədim tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Müəllifi təbrik edir, elmi fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.
Elanlar