az
en
Bu gün: 19 İyun 2019
Muzey əməkdaşları konfransda iştirak ediblər
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun müdiri S.Nəsirova və Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı, t.ü.f.d. T.Şiriyev “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfransda iştirak ediblər. Konfrans Azərbaycan İlahiyyat İnstitutu və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə təşkil edilib. Konfransda S.Nəsirova “İslam dininin tətbiqi sənət nümunələrinə təsiri” mövzusunda məruzə oxuyub. Sonda konfransın aktiv iştirakçılarına sertifikatlar təqdim edilib.
Elanlar