az
en
Bu gün: 25 Aprel 2019
Akademik Nailə Vəlixanlı təltif edilib
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 07 mart 2019-cu il tarixli 065 №-li əmri ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təltif edilmişdir. Azərbaycan Respublikası DTX-nin sədri, general-polkovnik Mədət Quliyevin imzası ilə verilən vəsiqədə akademik Nailə Vəlixanlının “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edildiyi qeyd edilib. Yubiley medalı Muzeyi ziyarət edən DTX nümayəndəsi tərəfindən akademik Nailə Vəlixanlıya təqdim edilmişdir.
Elanlar