az
en
Bu gün: 25 Aprel 2019
Şərqşünas Aida İmanquliyevaya həsr olunmuş toplu nəşr olunub
“Aida İmanquliyeva və Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” məqalələr toplusu (Bakı: ADU, 2019, 72 səh.) nəşr olunub. ADU Multikulturalizm ETL tərəfindən nəşrə hazırlanan toplunun ön sözünün müəllifi ADU-nun rektoru, akademik Kamal Abdulla, rəyçisi Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dosent Nərgiz Əliyevadır. Tərtibçisi və həmmüəlliflərindən biri t.ü.f.d. Əli Fərhadovdur. Topluda görkəmli Azərbaycan şərqşünası, professor Aida İmanquliyevanın yaradıcılığı işığında ərəb məhcər ədəbiyyatının C.X.Cübran, ər-Reyhani, M.Nüaymə kimi təmsilçilərinin əsərləri tədqiq edilib və nümunələr verilib. T.ü.f.d. Əli Fərhadovun “Aida İmanquliyevanın yaradıcılığında ərəb məhcər ədəbiyyatına multikultural baxış” adlı məqaləsi topluda yer alır.
Elanlar