az
en
Bu gün: 25 Aprel 2019
Muzeyin etnoqrafik incisi: körük aləti
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda etnoqrafik irsimizə məxsus zəngin kolleksiya mühafizə olunur. Bu kolleksiyanın tərkibində Azərbaycan xalqının qədim sənətkarlıq mədəniyyəti nümunələri mühüm yer tutur. Onların arasında yaradıcı ustaların əmək alətləri də toplanaraq, tədqiq və təbliğ olunurlar. Belə əmək alətlərindən biri də mis məmulatlarının hazırlanmasında istifadə olunan, XX əsrin əvvəlinə aid edilən körük alətidir. Ağac, dəri və metaldan düzəldilən körük hər hansı bir məmulatı hazırlamaq üçün lazım olan metal kütləsinin əridilməsində və eləcə də köhnə mis məmulatların əridilib yenisinin hazırlanmasında əvəzsiz vasitə olmuşdur.
Elanlar