az
en
Bu gün: 25 Aprel 2019
N.Nərimanov haqqında afişa bərpa edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə əşyaları fondunda 17 fevral 1917-ci ilə aid N.Nərimanovun “Xalq evinin vəzifə və məqsədi” mövzusunda oxuyacağı mühazirə haqqında afişa mühafizə olunur. Eksponat Bərpa laboratoriyasına daxil olarkən 4 hissəyə qatlanmış, qat kəsən hissələri cırılıb itmişdi. Kənarları boyunca itkilər kağızın dilib əzilməsinə səbəb olmuşdu. Arxa vərəqində skoçdan (yapışdırıcı lent) istifadə edilmişdir. Bərpa prosesi zamanı mexaniki təmizlənib və yuyulub. Eksponatın çatışmayan hissələrinə kağız boyanıb, uyğun keyfiyyətdə əlavə edilərək bərpa və konservasiya edilməsində istifadə olunub. Mühafizə edilməsi üçün xüsusi qovluq hazırlanıb. Afişa Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Rəvanə Abbasova tərəfindən bərpa edilib.
Elanlar