az
en
Bu gün: 18 Sentyabr 2019
Muzey əməkdaşının rəhbərliyi ilə “Xəzər Universiteti”nin tələbələri Qala kəndi və Qala tarix-etnoqrafiya muzeyinə həsr olunmuş prezentasiyalar hazırlayıblar
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları gənc nəslin Azərbaycanın tarixi və mədəni abidələri ilə tanış edilməsinə xüsusi diqqət yetirir. Muzeyin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov “Xəzər Universiteti”nin tələbələri ilə apardığı mühazirələrdə Azərbaycanın qədim yaşayış məskənlərindən olan Abşeronun Qala kəndi haqqında məlumat verib. Tələbələr tərəfindən Qala tarixinin və abidələrinin ən vacib səhifələri ilə bağlı prezentasiyalar hazırlanıb. Belə ki, kənddə olmuş tələbələr Qalanın qədim və orta əsrlər dövrü tarixi, həmçinin burada fəaliyyət göstərən Qala tarix-etnoqrafiya muzeyi haqqında müxtəlif mövzularda çıxışlar ediblər. Prezentasiyaları “Təbiət elmləri və mühəndislik” fakultəsinin “C” qrupunun tələbələri - Nuranə Əhmədova, Nisə Əmirova, Aygün Səfərova, Nailə Nəsibova və “D” qrupunun tələbələri - Aidə Şahnəzərli, Ülviyə Rəcəbalıyeva, Elnurə Fətiyeva, İlkanə İbrahimbəyli, Fidan Axşinaz, Zöhra Mirizadə, Elnurə Eldarova, Kəmalə Orucova, Nigar Əliyeva, Şəbnəm Mehdiyeva, Səadət Əmirzadə, İmaməli İbrahimov, Azər Hacıyev, Naid Cəbrayılov hazırlamışdır. Hər prezentasiya zamanı müvafiq slaydlar nümayiş edilib.
Elanlar