az
en
Bu gün: 18 Sentyabr 2019
Qazaxıstanlı qonaqlar Muzeyi ziyarət edib
Qazaxıstanın "Babaların izi ilə" ekspedisiyasının rəhbəri Sapar İshakov, ekspedisiya üzvləri və Qazaxıstanın Azərbaycandakı Səfirliyinin əməkdaşı Tlek Kapışov AMEA Milli Azərbaycan Tarixi Muzeyində olublar. Xarici qonaqlar Muzeydə qorunan Eldənizlər dövrünə aid materiallarla maraqlanıblar. Muzeyin "Numizmatika və epiqrafika" elmi fond şöbəsinin müdiri, t.ü.e.d., prof. Əli Rəcəbli ilə görüşüb, müsahibə alıblar. Muzeyin Xüsusi fondunun müdiri, t.ü.f.d., dos. Afət Rüstəmbəyova və "Numizmatika və epiqrafika" elmi fond şöbəsinin b.e.i., t.ü.f.d. Aygün Məmmədova Eldənizlər dövrünə aid sikkələr və o dövrün pul təsərrüfatı haqqında qazaxıstanlı qonaqlara məlumat veriblər. Həmçinin Numizmatika Fondunda qorunan, 1984-cü ildə Sabirabadda aşkarlanmış, Eldənizlər hakimləri adından zərb edilmiş mis dirhəmlər haqqında da məlumat verilib.
Elanlar