az
en
Bu gün: 19 Sentyabr 2019
Muzey əməkdaşı beynəlxalq konfransda iştirak edib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə 17-18 aprel tarixlərində Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində təşkil olunmuş beynəlxalq elmi konfransda iştirak edib. “Muzey, muzeyşünaslıq və mədəni irs” mövzusunda olan konfrans “Sülh və Həmrəylik Sarayı”nın “Beşik” zalında keçirilib. N.Quluzadə konfransda “Azərbaycanın arxeoloji irsinin qorunmasında Milli Azərbaycan Tarixi Muzeyinin rolu” mövzusunda məruzə ilə çıxış edib, slaydlar nümayiş etdirilib. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub. N.Quluzadə Azərbaycanı, o cümlədən Cənubi Qafqazı təmsil edən yeganə nümayəndə kimi “Xabar” adlı yerli televisiya kanalına və xəbər agentliyinə də müsahibə verib. Bundan başqa o, konfrans iştirakçıları üçün Qazaxıstan Respublikasının Milli Muzeyinə, Qazaxıstanın Hərb Tarixi Muzeyinə, Qazaxıstan Respublikasının Birinci Prezidentinin Muzeyinə, “ALJİR” muzeyinə, “Müstəqillik sarayı”, “Həzrət Sultan” məscidi, “Qazax eli” abidəsi, “Bayterek” və digər mədəni obyektlərə təşkil olunmuş səfərlərdə iştirak edib.
Elanlar