az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeydə Cəlil Məmmədquluzadəyə həsr olunmuş seminar keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində ADU Multikulturalizm ETL ilə birlikdə “C.Məmmədquluzadənin yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları” adlı seminar keçirilib. Seminarda Muzeyin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva, ADU Multikulturalizm ETL-nın müdiri, s.ü.f.d. İrina Kunina, fil.ü.f.d. Afət Musayeva, elmi işçi Turan Kərimli, t.ü.f.d. Əli Fərhadov, ADU Filologiya və jurnalistika fakültəsinin tələbələri, muzey işçiləri, gənc alimlər iştirak edib. T.ü.e.d., dos. Nərgiz Əliyeva seminarı açıb, iştirakçılara seminarın mahiyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında bu tədbir təşkil olunub. Azərbaycan multikulturalizminin dərin qaynaqları var. Orta əsrlərdən etibarən islam həmrəyliyi, digər dinlərə tolerant yanaşma Azərbaycanda həmişə mövcud olub. Qeyd olundu ki, C.Məmmədquluzadənin əsərləri, "Molla Nəsrəddin" jurnalının orijinal nüsxələri Muzeydə mühafizə olunur. Sonra ADU Multikulturalizm elmi işçisi Turan Kərimli "C.Məmmədquluzadənin yaradıcılığında qadın azadlığı», t.ü.f.d. Əli Fərhadov «C.Məmmədquluzadə və multikultural ideyalar» mövzusunda məruzələrlə çıxış etdilər. İştirakçıların sualları məruzəçilər tərəfindən ətraflı cavablandırıldı. Tədbirdən sonra tələbələr Muzeyin ekspozisiyası ilə tanış olub, t.ü.f.d. Əli Fərhadov tərəfindən ekskursiya aparılıb.
Elanlar