az
en
Bu gün: 18 Sentyabr 2019
Muzey əməkdaşının mühazirəsi keçirilib
Xəzər Universitetində AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d., dos. Səbuhi Əhmədovun mühazirəsi keçirilib. “Azərbaycanın orta əsrlər dövlətlərinin hərb işi və döyüş sənəti” adlı mühazirədə tələbələrə Azərbaycanın qədim dövlətləri, onların apardıqları müharibələr, hərb sənətinin xüsusiyyətləri haqqında məlumat verilib. Slaydların nümayişi ilə müşayiət olunan görüş tələbələrin yüksək marağına səbəb olub. Görüşün sonunda tələbələri maraqlandıran suallar mühazirəçi tərəfindən ətraflı cavablandırılıb.
Elanlar