az
en
Bu gün: 17 Sentyabr 2019
"H.Z. Tağıyev klubu"nun növbəti məşğələsi keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “H.Z.Tağıyev” klubunda növbəti məşğələ təşkil edilib. Muzeyin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov tərəfindən “H.Z. Tağıyevin tolerantlığın inkişafında rolu” adlı mühazirə oxunub. Görkəmli xeyriyyəçinin Azərbaycanda milli, dini maarifçiliyin, qadın təhsilinin inkişafına, tolerantlığa verdiyi töhfələrdən bəhs olunub. Mesenatın xeyriyyəçilik fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət foto-slayd təqdim edilib. Mühazirədə klubun üzvləri, müxtəlif orta məktəblərin şagirdləri və müəllimləri iştirak edib. Dinləyicilərin mövzu ilə bağlı verdiyi çoxsaylı suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılıb. Sonda klub üzvləri ilə birgə xatirə fotosu çəkilib. Tədbirdən sonra klub üzvləri H.Z. Tağıyevin xatirə muzeyini də ziyarət ediblər.
Elanlar