az
en
Bu gün: 18 Sentyabr 2019
Muzeydə mühafizə olunan afişa bərpa edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində ehtiyacı olan eksponatlar daim bərpa edilir. Belə ki, Muzeyin Hədiyyələr və xatirə əşyaları fondundan Bərpa laboratoriyasına afişa (rus dilində) daxil olub. Türk Bədii Teatrının müxtəlif şəhərlərə səfər edən aktyorlarının şəkillərinə aid eksponat 1962-ci ilə aiddir. Afişanın kağızı saralmış, qat hissələrində qırıqlar və çatmayan hissələri var idi. Bərpa prosesi zamanı mexaniki təmizlənərək yuyulub, çatmayan hissələrinə kağız əlavə edilib və yapışdırılıb. Afişa Muzeyin bərpaçı-rəssamı Əfəndiyeva Səbinə tərəfindən bərpa edilib və fonda geri təhvil verilib. Bərpa edilən eksponat milli teatr mədəniyyətimizin muzeylərdə təbliği baxımından əhəmiyyətə malikdir.
Elanlar