az
en
Bu gün: 18 Sentyabr 2019
Muzey əməkdaşı beynəlxalq konfransda iştirak edib
Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilir. Konfransda t.ü.f.d. Əli Fərhadov “Hürufilik: tolerantlıq tariximizdən” adlı məruzə ilə iştirak edib. Orta əsrlər hürufi mütəfəkkirləri və əsərləri haqqında məlumat verilib, onların günümüzün multikulturalizm və islam həmrəyliyi ideyaları ilə həmahəng olduğu bildirilib. Məruzəçilərə sertifikatlar təqdim edilib. Konfransın tezisləri nəşr olunub.
Elanlar