az
en
Bu gün: 22 Iyul 2019
Muzey əməkdaşı beynəlxalq konfransda çıxış edib
Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı X beynəlxalq elmi konfrans keçirilib. Konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Esmira Rəhimova “Əzim Əzimzadə yaradıcılığında etnoqrafik nümunələr” adlı məruzə ilə iştirak edib. Məruzə “Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş X Beynəlxalq Elmi Konfransın materialları” toplusunda (Bakı: Mütərcim, 2019, 488 s., s.392-396) nəşr olunub. Məruzədə xalq rəssamı Əzim Əzimzadənin yaradıcılığı haqqında məlumat verilib, əsərlərinin etnoqrafik dəyəri vurğulanıb. Rəssamın yaradıcılığından nümunələr verilib. Məruzəçilərə sertifikatlar təqdim edilib.
Elanlar