az
en
Bu gün: 19 Sentyabr 2019
YAP Səbail rayonu “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının növbəti iclası keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində YAP Səbail rayonu “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının növbəti iclası keçirilib. İclas Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. İclasda təşkilat üzvləri – şöbə müdiri, t.ü.f.d. Nasir Quluzadə, t.ü.f.d. Tural Şiriyev, fond müdiri Aida İsmayılova, baş mütəxəssis, t.ü.f.d. Əli Fərhadov, mütəxəssis Ayəndə Dadaşova, Gülnar Fərhadova iştirak ediblər. İclası giriş sözü ilə açan təşkilatın sədri Pərvanə Əzimova gündəliyə daxil olan məsələlər, mövcud problemlər və gələcək planlar barədə iştirakçıları məlumatlandırıb. N.Quluzadə “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir” və Ə.Fərhadov “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzularında çıxış ediblər. Sonra təşkilatın loqosunun hazırlanması məsələsi müzakirə edilib.
Elanlar