az
en
Bu gün: 22 Iyul 2019
Elmi Bərpa Şurasının növbəti iclası keçirilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin Elmi Bərpa Şurasının iclası keçirilib. İclası Şuranın sədri Gülşən Hacıyeva açıb, gündəlik məsələlər haqqında məlumat verib. İclasda Muzeyin direktoru, akad. Nailə Vəlixanlı, Elmi-fond işləri üzrə direktor müavini, dos. Məhfuzə Zeynalova, Xüsusi fondun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyova, Hədiyyələr və xatirə əşyaları fondunun müdiri Rəna Səfərova, həmçinin Muzeyin bərpaçıları iştirak ediblər. Təcrübəli ixtisasçıların fikirləri dinlənilib. Bərpaçılardan İ.Hacıyev, İ.Rəhimova. S.Əfəndiyeva, F.Ağayeva, N.Həsənova, T.Nəbiyev general Əliağa Şıxlinskiyə məxsus olan məxmər üzərində güləbətin – gümüşü saplarla tikilmiş “Yəhər üstünün” bərpa olunmasını müzakirə ediblər. Bərpaçılar eksponatın necə bərpa və konservasiya olunması haqqında öz tövsiyələrini irəli sürüblər.
Elanlar