az
en
Bu gün: 23 May 2019
Muzey əməkdaşlarının “İRS” beynəlxalq jurnalında məqalələri dərc olunub
“İRS” beynəlxalq jurnalının növbəti buraxılışı (№ 1 (38) 2019) işıq üzü görüb. Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları t.ü.f.d., dos. Səbuhi Əhmədovun “14-th and 15-th century Shirvan weaponry at “Shirvanshahs Legacy in World Museums” exhibition” (“XIV və XV əsrlər Şirvan silahları “Şirvanşahlar irsi Dünya Muzeylərində” sərgisində”) və elmi işçi İnarə Muradəliyevanın “Collection of musical instruments of National Museum of History of Azerbaijan” (Milli Azərbaycan Tarixi Muzeyində musiqi alətləri kolleksiyası) adlı məqalələri dərc olunub. S.Əhmədovun “14-th and 15-th century Shirvan weaponry at “Shirvanshahs Legacy in World Museums” exhibition” adlı məqaləsində dünya muzeylərində nümayiş olunan Şirvanşahlar dövrünə məxsus silahlar və zirehli geyim nümunələrindən bəhs edilir. İ.Muradəliyevanın “Collection of musical instruments of National Museum of History of Azerbaijan” adlı məqaləsində Milli Azərbaycan Tarixi Muzeyində qorunan qədim musiqi alətləri haqqında ətraflı məlumat verilib.
Elanlar